RU

“Zorge” parkının içindən yol salınıb? Fotolar

Qafqazinfo portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Paytaxtın Nəsimi rayonu ərazisində yerləşən “Rixard Zorge” adına parkdakı ağacların arasında yeni yol salınıb. 

“Qafqazinfo” xəbər verir ki, bir müddət öncə bu barədə paylaşım edən memar Elçin Əliyev ərazidən fotolar paylaşaraq həmin ağacların sözügedən parkda onilliklər boyu bitdiyini əlavə edib. 

Məsələ ilə bağlı elə Nəsimi rayon İcra Hakimiyyətinə ünvanladığımız sorğuya bu gün Ərazi-təşkilat məsələləri sektorunun müdiri Vaqif Zeynalov cavab verib: “Parkın ərazisində yerləşən binanın söküntüsü zamanı yaranmış tullantıların yük avtomobilləri ilə daşınması üçün müvəqqəti olaraq ərazidən istifadə edilib. Sözügedən sahə bərpa olunub. Sahənin mövcud vəziyyəti barədə fotoşəkil əlavə olunur”. 

Lamiyə Məmmədova 

Əvvəl

Sonra 

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
34
2
qafqazinfo.az

3Источники