RU

4SİM: 2040-cı ilə qədər süni intellekt 70 milyard manatlıq yeni əlavə dəyər yaradacaq

2040-cı ilə qədər süni intellekt Azərbaycan iqtisadiyyatında 70 milyard manata yaxın yeni əlavə dəyər yaradacaq.

"Far.Az" xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında IV Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin (4SİM) icraçı direktoru Fariz Cəfərov Bakıda keçirilən "Vergi sistemində gələcəyə baxış: yeni idarəetmə modeli və data əsaslı qərarlar" adlı forumda bildirib.

Onun sözlərinə görə, 4-cü sənaye inqilabının ən aparıcı drayver texnologiyası süni intellektdir: "Süni intellektin qlobal iqtisadi təsirinin 2040-cı ilə qədər 22 trilyon ABŞ dolları olacağı proqnozlaşdırılır. Analoji hesablamanı Azərbaycan üçün aparsaq, bu, təqribən 70 milyard manata yaxın yeni əlavə dəyərin yaradılması deməkdir. Amma süni intellekt özü-özlüyündə yalnız bir proqram təminatı deyil, onun arxasında böyük bir ekosistem var: onu yaradan insanlar, avadanlıqlar, superkompüterlər, hesablama alətləri və mobil tətbiqlər və s."

Избранный
101
far.az

1Источники