RU

Qənirə Ataşova haqqındakı sifarişli yazı iddiasına belə reakasiya verdi

ain.az, Mia.az portalına istinadən məlumatı açıqlayır.

"Son günlər yenidən bəzi Azərbaycan mediasında və sosial şəbəkələrin Azərbaycan seqmentində mənim adımın hallandırıldığını görürəm. Açığı, buna cavab verməmək də olardı, amma görünür bəzi məqamları xatırlatmaq lazımdır".

Mia.az xəbər verir ki, bu sözləri ANS-ın sabiq əməkdaşı Qənirə Ataşova TƏBİB-in sabiq rəhbəri Vüqar Səfərovun sifarişiylə bəzi həkimlərə qarşı sifarişli yazılarla "torba tikmələri" haqda yayılan iddiara münasibətdə deyib.

O, Feysbuk-dakı səhifəsində daha sonra yazıb:

"TƏBİB-in keçmiş rəhbəri Vüqar Qurbanov vəzifəsindən çıxarılıb. Əgər kimlərsə ona qarşı qara piar aparmaq istəyirsə, bu artıq onların seçimidir. Amma bu prosesdə mənim adımı istifadə etmək doğru yanaşma deyil.

Mən jurnalist olaraq müəyyən araşdırmalar aparmışam. Bu araşdırmaların doğru olduğunu isə sonradan baş verən hadisələr və rəsmi açıqlamalar da təsdiqlədi. Hətta səhiyyə naziri Teymur Musayev özü də səhiyyə sistemində saxta diplom və saxta sertifikatlarla bağlı problemlərin olduğunu etiraf etdi, bu istiqamətdə araşdırmalar aparıldığını və məsul şəxslərin cəzalandırıldığını bildirdi.

Belə olan halda mənim araşdırmalarımı bu gün şübhə altına almağa çalışmaq ən azı məntiqsiz görünür. Çünki ortada artıq fakt var və həmin faktların mövcudluğu dövlət orqanları tərəfindən təsdiqlənib.

Məndə belə bir təəssürat yaranır ki, bu mövzuda yazılan bəzi “məqalələr” əslində təkcə mənə deyil, dolayısı ilə nazirin öz açıqlamalarına da kölgə salmaq məqsədi daşıyır. Maraqlıdır ki, həmin yazılarda söz oyunu quraraq sanki belə bir fikir formalaşdırmağa cəhd edilir ki, niyə yerli mediyada yazılan deyil, okeanın o tayından edilən araşdırmalar ciddiyə alınır. Burada günahkar mən deyiləm. Kaş ki bütün jurnalist araşdırmaları dövlət strukturları tərəfindən ciddiyə alınardı. Çünki jurnalistikanın məqsədi də məhz budur – şaiyə yaymaq yox, faktı üzə çıxarmaq.

Biz jurnalistlər araşdırmalarımızı o qədər dərindən və məsuliyyətlə aparmalıyıq ki, dövlət qurumları qarşısında artıq şaiə yox, fakt dayansın".

Xatırladaq ki, dünən yayılan xəbər isə aşağıdakı idi:

https://mia.az/w1097591/qenire-atasova-hekimleri-sifarisle-quotvururmusquot-tebib-sedri-ile-ans-in-xanim-jurnalisti-haqda-sensasiyali-iddialar-yayildi-2026-03-04-185801

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
26
1
mia.az

2Источники