RU

Növbəti köç karvanı Ağdam şəhərinə çatıb YENİLƏNİB

ain.az, Apa.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Növbəti köç karvanı Ağdam şəhərinə çatıb.

APA-nın Qarabağ bürosu xəbər verir ki, bu mərhələdə Ağdam şəhərinə 90 ailə (346 nəfər) köçürülüb.

***

06.25

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir.

APA xəbər verir ki, bu gün Ağdam şəhərinə növbəti köç karvanı yola salınıb.

Ağdam şəhərinə köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

Bu mərhələdə Ağdam şəhərinə 90 ailə (346 nəfər) köçürülüb. Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər.

Onlar, həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
41
17
apa.az

10Источники