ain.az, Azertag portalına istinadən məlumat yayır.
London, 5 mart, AZƏRTAC
Yaxın Şərqdə gərginliyin artması fonunda Omandan getmək istəyən Böyük Britaniya vətəndaşları üçün təşkil edilən çarter reysi planlaşdırıldığı vaxtda havaya qalxmayıb.
AZƏRTAC “Sky News”a istinadla xəbər verir ki, reysin Omanın paytaxtı Maskatdan martın 4-ü yerli vaxtla saat 23:00-da yola düşməsi nəzərdə tutulsa da, bu, reallaşmayıb.
Reysin bu gün həyata keçirilməsi planlaşdırılır.
Aytən Abbaslı
AZƏRTAC-ın xüsusi müxbiri
London
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.