RU

Yaxın Şərqdə qalan Cənubi koreyalı turistlər mərhələli şəkildə geri qayıdır

Azertag saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Bakı, 5 mart, AZƏRTAC

Yaxın Şərqdə artan regional gərginlik fonunda bölgədə olan Cənubi Koreya turistləri tədricən ölkələrinə qayıdırlar.

AZƏRTAC Cənubi Koreyanın “Yonhap” agentliyinə istinadla xəbər verir ki, bu barədə ölkənin turizm sənayesi mənbələri məlumat yayıb. Bildirilib ki, Dubay şəhərində böyük turizm şirkətlərinin 400-dən çox müştərisi qalıb. Onların bir hissəsi artıq alternativ reyslərlə Cənubi Koreyaya göndərilir. Bir qrup turist tranzit uçuşdan sonra İnçxon Beynəlxalq Hava Limanına çatıb, digərlərinin isə gün ərzində ölkəyə qayıtması gözlənilir. Buna baxmayaraq, hələ də yüzlərlə Cənubi Koreya vətəndaşı Dubayda qalır.

Turizm şirkətlərinin məlumatına görə, Qahirə və Əmman kimi digər Yaxın Şərq şəhərlərində olan turistlərin də alternativ reyslərlə ölkələrinə qaytarılması planlaşdırılır.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
74
1
azertag.az

2Источники