RU

Milli Kitabxanada “Əməkdar elm xadimi Yaşar Qarayev 90” adlı sərgi açılıb

Azertag portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Bakı, 5 mart, AZƏRTAC

Milli Kitabxanada görkəmli tənqidçi və ədəbiyyatşünas, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, Dövlət mükafatı laureatı, Əməkdar elm xadimi Yaşar Qarayevin anadan olmasının 90 illiyi münasibətilə kitab sərgisi istifadəçilərə təqdim olunub.

Bu barədə AZƏRTAC-a kitabxanadan məlumat verilib.

Bildirilib ki, sərgidə alimin əsərləri, məqalələri, müsahibələri, məruzə və çıxışlarından ibarət seçilmiş əsərləri, redaktor, “Ön söz”, tərtibçi və rəyçi olduğu kitablar yer alıb. Həmçinin həyatı, çoxşaxəli ədəbi-elmi yaradıcılıq yolu haqqında ədəbiyyatlar, elmi, publisistik məqalələr və xatirələrdən ibarət nəşrlər nümayiş olunub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
31
2
azertag.az

3Источники