RU

Tək qadağalarla nəticə əldə etmək mümkün deyil İqtisadçı

525.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

“Aprel ayının 1-dən etibarən tütün çəkilməsi qadağan edilmiş yerlərdə, o cümlədən küçələrdə və digər ictimai yerlərdə elektron siqaret çəkənlər cərimələnəcək. İctimai yerlərdə elektron siqaretlərin istifadəsinə görə 30 manat məbləğində cərimə tətbiq olunacaq. Bu gün ictimai yerlərdə elektron siqaretdən istifadə qadağan olunur. Amma dünya praktikası göstərir ki, tək qadağalarla nəticə əldə etmək mümkün deyil. Qadağalar olduqda, ölkəyə qeyri-qanuni yolla gətirilən elektron siqaretlərin sayı artacaq. Bunun ziyanı haqqında geniş ictimai kampaniya aparılmalıdır. İnsanların könüllü şəkildə imtina etməsi daha effektiv yoldur”.

Bu fikri 525.az-a iqtisadçı ekspert Natiq Cəfərli söyləyib. Onun dediyinə görə, məlum olduğu kimi müvafiq qanun qüvvəyə minən gündən etibarən satışı qadağan edilən məhsulların gömrükdən keçirilməsi mümkün olmayacaq. Kimsə gizli şəkildə elektron siqaretlərin istehsalı və satışı ilə məşğul olmağa cəhd etsə, hüquq-mühafizə orqanları müvafiq tədbirlər görəcək:

““Qanun qüvvəyə minən gündən etibarən satışı qadağan edilən məhsulların gömrükdən keçirilməsi mümkün olmayacaq. Kimsə gizli şəkildə elektron siqaretlərin istehsalı və satışı ilə məşğul olmağa cəhd etsə, hüquq-mühafizə orqanları müvafiq tədbirlər görəcək”.

Sevinc Qarayeva 

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
57
525.az

1Источники