RU

İrandan Azərbaycana dron hücumu: Naxçıvanın daxili işlər naziri hadisə yerində

BAKI, 5 mart. TELEQRAF

Naxçıvan Muxtar Respublikasının daxili işlər naziri polis polkovniki Süleyman Neymətov hadisə yerinə gəlib.

Teleqraf-ın məlumatına görə, hadisə yerində araşdırmalar aparılır.

***

13:22

Naxçıvan Muxtar Respublikasının Prokurorluğunun nümayəndələri İran tərəfindən endirilən dron zərbələrindən sonra hadisə yerinə cəlb olunublar.

Teleqraf-ın məlumatına görə, hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerində araşdırmalar aparırlar.

Qeyd edık ki, Bu gün İran İslam Respublikasının silahlı qüvvələri tərəfindən İran ərazisindən pilotsuz uçuş aparatları ilə Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikasının Naxçıvan beynəlxalq hava limanına və digər mülki infrastrukura hücum aktları həyata keçirilib.

Избранный
91
teleqraf.com

1Источники