RU

Əbülfət Mədətoğlu: İDİ...

ain.az xəbər verir, Adelet.az saytına əsaslanaraq.

Dağ  başında  dumah   gördüm  bir  topa

Nə  çökürdü, nə qalxırdı -  xal  idi...

Ətəkləri  süzülürdü arabir -

Elə  bil ki, şandan   daman  bal  idi!..

Yaxın idi aramızda  göz  yolu,

Baxışırdıq, hərəmizin  öz  yolu ...

Ortalıqda  cücərirdi   söz  yolu -

Bu  mənzərə tirbunasız  zal idi!..

Sükutdadı içimdəki ün, haray

Həvəs  yoxdu, etməyə  bu  gün haray...

Mən  bir  bəndə, yer  üzü də  bir  saray -

Göy  üzüsə bir  azacıq  çal  idi!

Xoş gəlməyə  bilər  sizə  bu  halım...

Tək  onadır, verəcəyim  sualım...

Söylə  görüm , ay  dodağı  dualım -

Çiynindəki, biz  bürünən  şal  idi?!.

Xatirələr  içində can  üzüldü

Çəkdirdiyin boyat  dərddi-  yüz  ildi!

Vüsal  yolun  qovuşanlar   düz   bildi -

Əbülfətsə indiki   tək  kal  idi...

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
13
1
adalet.az

2Источники