RU

Naxçıvana hücumun izahı yoxdur: Azərbaycan və Türkiyə qisas alacaq

"Naxçıvana hücumu şiddətlə qınayırıq. Bu, Azərbaycanın ərazi hüququnun pozulmasıdır".

Bunu Publika.az-a açıqlamasında Türkiyənin Azərbaycandakı sabiq səfiri, “İMZA” İctimai Birliyinin Türkiyədəki nümayəndəsi Hulusi Kılıç deyib.

Onun sözlərinə görə, davam edən gərginliyin həll olunması üçün artıq diplomatiyaya şans verilməlidir:

“İran rəsmilərinin Türkiyəyə atılan raketlə bağlı izahatını etibarlı hesab etdik. Lakin bu gün Naxçıvan Hava Limanına edilən hücumun izahı yoxdur. İran həm Türkiyənin, həm də Azərbaycanın qonşusudur. İranda təxminən 35-40 milyon Azərbaycan türkü yaşayır. Bu səbəbdən İranda baş verənləri narahatlıqla izləyirik. Bu müharibə gündən-günə təhlükəli ölçülərə çatır. Atəşkəsin mümkün qədər tez bağlanmasını və problemin diplomatiya yolu ilə həll olunmasını gözləyirik”.

Hulusi Kılıç vurğulayıb ki, Azərbaycan və Türkiyənin belə situasiyalarda qisas almaq hüququ var:

Избранный
104
publika.az

1Источники