Redaktor.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.
İran Prezidenti Məsud Pezeşkian İspaniyaya İslam Respublikasına qarşı əməliyyatda ABŞ-yə kömək etməkdən imtina etdiyinə görə təşəkkür edib.
Redaktor.az xəbər verir ki, bu barədə məlumat X sosial media səhifəsində paylaşılıb.
Prezidentin sözlərinə görə, İspaniyanın İsrail və ABŞ-nin İran kimi ölkələrə qarşı “kobud insan hüquqları pozuntularına və hərbi təcavüzünə” qarşı çıxması Qərbdə “etikanın və oyanmış vicdanın hələ də mövcud olduğunu” göstərir.
O, həmçinin İspaniya rəsmilərinə onların mövqeyinə görə minnətdarlığını bildirib.
Aminə ŞAHSUVARQIZI
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.