İranın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Müctəba Dərmiçilu martın 5-də Azərbaycan Xarici İşlər Nazirliyinə çağırılıb və rəsmi Bakının etiraz notası təqdim edilib.
Bunu “Yeni Sabah”a açıqlamasında nazirliyin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə deyib.
O bildirib ki, Naxçıvan Muxtar Respublikasına dron hücumlarına görə Azərbaycan dövlətinin İrana kəskin etirazı diplomatın nəzərinə çatdırılıb və ona müvafiq etiraz notası təqdim edilib.
İlhamə Qasımlı
Telegram kanalımız