RU

Hökməlidə su xətti partladı, yol su altında qaldı VİDEO

Oxu.az saytından alınan məlumata görə, ain.az bildirir.

Abşeron rayonunun Hökməli qəsəbəsində su xəttində baş verən qəza yolun su ilə dolmasına səbəb olub.

Oxu.Az xəbər verir ki, bununla bağlı videogörüntü paylaşılıb.

Görüntülərdə suyun yolun hərəkət hissəsinə axdığı və ərazidə nəqliyyat vasitələrinin hərəkətində çətinlik yarandığı əks olunub.

Oxu.Az-ın sorğusuna cavab olaraq İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən fakt təsdiqlənib.

"Dünən axşam saatlarında ərazidən keçən su xəttində qəza baş verib. Əraziyə briqada cəlb edilib, axıntının qarşısı alınıb, xətt bərpa edilib. Hazırda ərazidə heç bir problem yoxdur", - deyə məlumatda bildirilir.

Əzizə İsmayılova

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
3
oxu.az

1Источники