RU

Bu xain təxribat cəhdi regionda hərbi-siyasi gərginliyin artmasına xidmət göstərir – YAP

Bakı. Trend:

Martın 5-də İran İslam Respublikasının silahlı qüvvələritərəfindən pilotsuz uçuş aparatları vasitəsilə AzərbaycanRespublikasının Naxçıvan Muxtar Respublikasının beynəlxalq havalimanına və digər mülki infrastruktura hücum aktlarının həyatakeçirilməsi bütün Azərbaycan ictimaiyyəti kimi, Yeni AzərbaycanPartiyasının üzvlərinin də ciddi narahatlığına və böyük hiddətinəsəbəb olub.

Trend xəbərverir ki, bu fikirlər Yeni Azərbaycan Partiyasının MərkəziAparatının hadisə ilə bağlı yaydığı bəyanatda öz əksini tapıb.

Bildirilib ki, Azərbaycan-İran dövlətlərarası münasibətlərininruhuna və beynəlxalq hüquq normalarına zidd olan bu xain təxribatcəhdi regionda hərbi-siyasi gərginliyin artmasına xidmətgöstərir.

“Ərazi bütövlüyü və mütləq suverenliyini bərpa etməklə yenireallıqlar yaradan müstəqil Azərbaycan dövləti hər zaman mehribanqonşuluq prinsipinə sadiq olub. Ölkəmizin bu gün milli maraqlar vəqlobal çağırışları nəzərə almaqla həyata keçirdiyi konstruktivsiyasət və sülh diplomatiyası regionda etibarlı təhlükəsizlik vəçoxşaxəli əməkdaşlıq kontekstində etimad quruculuğunahədəflənmişdir. Eyni zamanda, Cənubi Qafqazın lider dövləti kimihərbi-strateji potensialını daha da gücləndirən Azərbaycan milli vəregional təhlükəsizliyə yönəlmiş istənilən təhdidin qarşısınıalmağa qadirdir.

Qonşu İran dövlətinin bu hücum aktını qətiyyətlə pisləyir,Azərbaycan xalqından üzr istəyərək ölkəmizə qarşı qərəzli təbliğatavə bütün təxribat cəhdlərinə birmənalı şəkildə son qoyulmasınıtələb edirik”, - deyə bəyanatda qeyd edilib.

Qeyd edək ki, martın 5-də Naxçıvan Beynəlxalq Hava Limanına dronhücumu olub. İran ərazisindən uçan dron aeroportun binasına vəBabək rayon Şəkərabad kənd tam orta məktəbin yaxınlığına düşərəkpartlayıb.

Hadisə nəticəsində 2 mülki şəxs xəsarət alıb. Azərbaycan Xariciİşlər Nazirliyinin hadisə ilə bağlı bəyanat yayaraq İran İslamRespublikası tərəfindən qısa müddət ərzində qeyd olunan məsələyəaydınlıq gətirilməsini, buna izahat verməsini və bu kimi hallarıngələcəkdə təkrarlanmaması üçün zəruri təxirəsalınmaz tədbirlərgörməyi tələb edib.

İran İslam Respublikasının Azərbaycan Respublikasındakıfövqəladə və səlahiyyətli səfiri Müctəba Dərmiçilu Xarici İşlərNazirliyinə çağırılıb. İran tərəfinə kəskin etiraz bildirilib.

Избранный
40
20
az.trend.az

10Источники