RU

Növbəti köç karvanı Ağdam şəhərinə çatıb, açarlar təqdim olunub

Bu gün Ağdam şəhərinə növbəti köç olub.

Bu mərhələdə Ağdam şəhərinə köç edən 346 nəfərdən ibarət 90 ailəyə yeni mənzillərinin açarları təqdim olunub.

Mərasimdə Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, eləcə də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndələri iştirak ediblər.

Избранный
28
2
aznews.az

10Источники