RU

Vətən Bağı – Xatirələrdən səhnəyə (FOTO)

Azərbaycan Respublikası Gənclər Fondunun 2025-ci il – “Konstitusiya və Suverenlik ili” çərçivəsində elan olunmuş qrant müsabiqəsinin qalibi olan “Vətən Bağı” bədii-teatr layihəsinin təqdimat mərasimi keçirilib.
 
Tədbirin bədii hissəsindən öncə rəssamların əsərlərindən ibarət kiçik sərgi təşkil edilib, təqdim olunan sənət nümunələri iştirakçılar tərəfindən maraqla qarşılanıb.
 
Daha sonra Qəhrəman şəhidlərimizin real həyat hekayələrindən ilhamlanaraq hazırlanmış teatr tamaşası nümayiş etdirilib. Tamaşada onların şücaəti və mübarizə yolu şəhid və qazi övladlarının dili ilə tamaşaçılara çatdırılıb.
 
Tədbirin rəsmi hissəsində Azərbaycan Respublikasının ədliyyə nazirinin müavini Abiddin Hüseynov çıxış edərək layihənin gənclərin vətənpərvərlik ruhunda tərbiyəsində, şəhidlərin əziz xatirəsinin yaşadılmasında və milli-mənəvi dəyərlərin təbliğində mühüm rol oynadığını qeyd etmişdir.
 
Qeyd edək ki, layihə Azərbaycan Respublikası Gənclər Fondunun maliyyə dəstəyi, “Ədliyyə Könüllüləri” İctimai Birliyinin təşkilatçılığı ilə, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar xidməti və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Həmkarlar İttifaqı, o cümlədən Azərbaycan Dövlət Akademik Musiqili Teatrının dəstəyi ilə təşkil olunub.
 
 
Избранный
51
3
moderator.az

4Источники