RU

Rusiyanın flaqman gəmisi Yapon dənizində artilleriya atəşi həyata keçirib

Rusiyanın Sakit okean donanmasının flaqman gəmisi olan Naximov sinifli “Varyaq” raket kreyseri Yapon dənizində bir sıra praktik artilleriya atəşi təlimləri keçirib. Təlimlərdə suüstü və sahil hədəfləri məhv edilib.

Herbiand.az bu barədə Rusiya Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən bildirir.

Məlumata görə, “Varyaq”ın heyəti əvvəlcə sahil hədəflərinə 130 mm-lik AK-130 artilleriya qurğusundan atəş açıb. Atəş həm sahildəki görünən hədəflərə, həm də ərazi ilə gizlədilən hədəflərə yönəldilib. Daha sonra simulyasiya edilmiş düşmənin cavab zərbəsindən qorunmaq üçün elektron dalğalar tətbiq edilib.

Bundan əlavə, simulyasiya edilmiş üzən dəniz minasını məhv etmək üçün 30 mm-lik altı lüləli AK-630 avtomatik dəniz qurğularından istifadə edilib.

“Varyaq” kreyserinin su tutumu 11.380 ton, uzunluğu 186 metr, eni 20,8 metrdir. Heyət 510 nəfərdən ibarətdir. Kreyserin əsas zərbə silahlanmasına 16 P-1000 “Vulkan” raket buraxılış qurğusu daxildir. Həmçinin, artilleriya, “Osa-M” hava hücumundan müdafiə sistemləri, torpedo boruları və dərinlik atəşi buraxılış qurğuları ilə təchiz olunub.

Bəxtiyar CƏFƏRLİ

Избранный
123
herbiand.az

1Источники