RU

Səfir: Böyük Britaniya Azərbaycanın təhlükəsizliyini təhdid edən istənilən hərəkəti qətiyyətlə pisləyir

 

London, 5 mart, AZƏRTAC

Bu gün iki İran dronunun Naxçıvana zərbə endirməsi tamamilə qəbuledilməzdir.

AZƏRTAC xəbər verir ki, bunu Böyük Britaniyanın Azərbaycandakı səfiri Ferqus Auld özünün "X" sosial media hesabında yazıb.

“Böyük Britaniya Azərbaycanın təhlükəsizliyini təhdid edən istənilən hərəkəti qətiyyətlə pisləyir. Bu çətin məqamda Azərbaycanla və zərərçəkənlərlə tam həmrəyik. Səfirlik baş verənləri yaxından izləyir”, - deyə açıqlamada qeyd olunub.

Aytən Abbaslı

AZƏRTAC-ın xüsusi müxbiri

London

Избранный
74
1
azertag.az

2Источники