İsrail İranın Əlborz əyalətindəki bütün daxili təhlükəsizlik qüvvələrinə cavabdeh olan qərargahı vurub.
Redaktor.az xəbər verir ki, məlumatı İsrail ordusunun (IDF) mətbuat xidməti yayıb.
Bəyanatda qeyd olunur: "İsrail İranın silah saxlamaq və istehsal etmək üçün istifadə etdiyi onlarla komandanlıq mərkəzinə və digər obyektlərə zərbə endirib".
Aminə ŞAHSUVARQIZI