JASBAR GÖMRÜK XİDMƏTLƏRİ
Sea Breeze

İclasda Çəmbərək rayon İcmasının sədri professor Əvəz Ələkbərov, rayon icması üzrə məsul şəxslər, kənd icma sədrləri iştirak ediblər.

İclasın gündəliyinə QAİ Çəmbərək rayon İcmasının 2025-ci ildə fəaliyyətinin müzakirəsi və cari ildə tədbirlər planı haqqında məlumat daxil edilib.

Çəmbərək rayon İcmasının sədr müavini Tanrıverdi Mustafayev son bir il ərzində həyata keçirdiyi fəaliyyət, görülmüş işlər və əldə olunmuş nəticələr barədə ətraflı məlumat verib.

2026-ci ilin iş planında tarixin, mədəni irsin, ədəbi və folklor nümunələrinin təbliğinin xüsusi yer tutmalı olduğu vurğulandı, fəaliyyət planı ətrafında müzakirələr aparılaraq qarşıda duran əsas vəzifələr, prioritet istiqamətlər və təkliflər səsləndirildi.

Rayon icmasının sədri professor Əvəz Ələkbərov çıxış edərək rayon üzrə müvafiq işin aparılması prosesində kənd icmalarının rolunun mühüm əhəmiyyət kəsb etdiyini qeyd edib və bu istiqamətdə görülən işlər, qarşıda duran vəzifələr və koordinasiyalı fəaliyyətin vacibliyi barədə fikirlərini bölüşüb.
Müzakirələr zamanı tarixi yaddaşın sənədləşdirilməsinin mühüm əhəmiyyət daşıdığını nəzərə alaraq “Çəmbərək rayonunun təhsil tarixi” və “Çəmbərək rayonu silinməz xatirələrdə” adlı kitablarının yazılması məqsədəuyğun hesab edildi.

Görüşdə Çəmbərək rayonu üzrə tarixi şəxsiyyətlərin, görkəmli ziyalıların, dövlət və ictimai xadimləri barədə məlumatların toplanması məsələsinin vacibliyi xüsusi olaraq vurğulanıb.
Deportasiya ilə bağlı reallıqların, eləcə də irsimizin və tarixi həqiqətlərin nəsildən-nəslə ötürülməsində gənclərin böyük fəallıq göstərməsi işində rayon gəncləri ilə əlaqələrin genişləndirilməsi məsələsi önə çəkilən məsələlərdən oldu.

Tədbirin gündəliyinə AYB-nin üzvü, “Qızıl qələm” media mükafatı laureatı və Prezident mükafatçısı, ziyalı, pedaqoq, ürəyi Vətən eşqi ilə döyünən istedadlı şairə Zöhrə Qaraqızının 75 illik yubileyinin və yeni kitabının təqdimatının, eləcə də görkəmli folklorşünas alim, ədəbiyyatşünas, aşıq yaradıcılığının yorulmaz tədqiqatçısı olmuş Qara Namazovun anadan olmasının 95 illiyinin qeyd olunması daxil edilmişdi.

Daha sonra gündəlikdə duran məsələlər ətrafında müzakirələr və çıxışlar dinlənildi.
Tədbir xatirə şəkillərinin çəkilməsi ilə yekunlaşdı.

JASBAR GÖMRÜK XİDMƏTLƏRİ
ETX
ETX
ETX