RU

Biləsuvarda məskunlaşan məcburi köçkünlər Qarabağa nə vaxt köçürüləcək? – MÜHÜM AÇIQLAMA

Biləsuvar rayonunda məcburi köçkün qəsəbələrində fərdi yaşayış evlərinin təmiri üçün vəsait ayrılıb. Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamenti tərəfindən elan edilən tenderə görə, ilkin ehtimal olunan xərclər 457 min 999 manat təşkil edir.

İşğaldan azad olunmuş ərazilərə qayıdış prosesi davam etdiyi halda, məcburi köçkün qəsəbələrində təmir işlərinə vəsait ayrılması iqtisadi baxımdan nə dərəcədə səmərəlidir?

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən iqtisadçı Eyyub Kərimli bildirib ki, ölkəmizdə 800 min, 1 milyona yaxın qaçqın var.

QHT

İqtisadçının sözlərinə görə, qaçqınların çox hissəsi müxtəlif şəhərciklərdə, yataqxanalarda və tikililərdə yaşayırlar. Bu gün ölkəmiz artıq 6 ildir ki, Qarabağı işğaldan azad edib və orada ciddi quruculuq-bərpa işləri gedir. Eyni zamanda Böyük Qayıdış proqramı həyata keçirilir. Bu il həmin proqramın son icra ilidir.

“50 minə yaxın ailə Qarabağa köçürülüb. 1 milyon qarşısında bu rəqəm böyük deyil. Hesab edirəm ki, növbəti illərdə bu proses ciddi şəkildə davam edəcək. Bu, onu deməyə əsas verir ki, hazırda qaçqın və məcburi köçkünlərin yaşadığı binalar da uzun müddət əvvəl tikilib və yararsız hala düşübdür. Bəlkə də Biləsuvardakı binalarda təhlükəli vəziyyət yaranıb. Düşünürəm ki, hələ həmin ailələrin də köçürülməsi vaxt alacaq. Bu baxımdan da məcburi köçkünlərin hazırda yaşadığı evlərin təmiri məqsədəuyğundur. Bunu təbii bir dövlət xərci və onların sosial vəziyyətinin yaxşılaşdırılması kimi qiymətləndirmək olar”, deyə — E. Kərimli deyib.

Dəniz Pənahova
KONKRET.az

Избранный
131
1
konkret.az

10Источники