RU

"Müharibəni bu şəxs dayandıra bilər" - Peskov

"Yaxın Şərqdə müharibəni başladan şəxs onu dayandıra bilər". 

"Unikal" xəbər verir ki,  bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib. 

"Bu müharibəni dayandıra bilərikmi? Xeyr, biz bacarmırıq. Bunu yalnız onu başlayanlar dayandıra bilər", - o, qeyd edib. 

Qeyd edək ki, fevralın 28-dən etibarən ABŞ və İsrail İran ərazisinə hücuma keçib. Buna cavab olaraq isə, İran da İsrailə və ABŞ hərbi bazalarının yerləşdiyi ölkələrə raketlər atıb.

Gülayə Mecid 

Избранный
49
1
unikal.az

8Источники