RU

Kainatın kəşfi: Astrobiologiyada qadınlar və qızlar

Elm və Təhsil Nazirliyinin Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının təşkilatçılığı ilə Səttar Bəhlulzadə adına Xarici Dillər Təmayüllü Gimnaziyada “Kainatın kəşfi: Astrobiologiyada qadınlar və qızlar” mövzusunda elmi-maarifləndirici tədbir keçirilib.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, Beynəlxalq Astronomiya İttifaqının “Astrobiologiya qadınları” çağırışı əsasında təşkil olunan tədbirdə iştirakçılara kainatın öyrənilməsi, həyatın mənşəyi və digər planetlərdə həyat ehtimalı kimi mövzularda məlumat verilib.

Təşəbbüsün əsas məqsədi şagirdlərdə elmə, xüsusilə astrobiologiya və kosmik tədqiqatlara marağı artırmaq, qadın alimlərin bu sahədəki rolunu və nailiyyətlərini tanıtmaq, həmçinin elmdə gender bərabərliyinin təşviqinə töhfə verməkdir.

Gimnaziyanın direktoru Xəyalə Veyisova qadınların elm və təhsil sahəsindəki rolundan bəhs edib. O, xüsusilə qızların STEM (elm, texnologiya, mühəndislik, riyaziyyat) istiqamətlərinə yönləndirilməsinin vacibliyini vurğulayaraq, belə tədbirlərin onların gələcək elmi fəaliyyətinə mühüm motivasiya verdiyini qeyd edib.

Ardınca rəsədxananın Gənc Alim və Mütəxəssislər Şurasının sədri Samirə Rəhimli astrobiologiyanın müasir elmin ən perspektivli və multidisiplinar sahələrindən biri olduğunu, biologiya, kimya, fizika və astronomiyanı birləşdirərək kainatda həyatın izlərini araşdırdığını diqqətə çatdırıb.

Açılış hissəsindən sonra “Astrobiologiya – Kainatda həyatın elmi tədqiqi” adlı videoçarx nümayiş etdirilib.

Tədbirdə “Nanozərrəciklər və müasir elmdə qadınların rolu” və “Kainatda həyat axtarışı: Astrobiologiyanın astronomiya tərəfi” mövzusunda məruzə və təqdimat edilib.

Daha sonra məktəbin şagirdləri şeir kompozisiyaları, musiqi nömrələri və qadın alimlərə həsr olunmuş səhnəciklər təqdim ediblər.

Избранный
2
2
sia.az

3Источники