RU

Vitse-prezident: Los-Anceles Olimpiadası bizim üçün uğurlu ola bilər  

Cüdo və güləş idman növlərində yeni nəsil formalaşmaq üzrədir

Cüdo və güləş idman növlərində yeni nəsil formalaşmaq üzrədir və yaxın illərdə tam hazır vəziyyətdə yarışlara qatılacaqlar.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə Bədən Tərbiyəsi və İdman Gününə həsr olunmuş brifinqdə deyib.

O bildirib ki, indi yeni nəsil idmançılar yetişir və gələcək Olimpiya oyunları Azərbaycan üçün daha uğurlu olacaq: “Los- Anceles Olimpiadası bizim üçün uğurlu ola bilər. Bunun üçün isə ciddi hazırlıq və sistemli iş aparılmalıdır. Bildiyiniz kimi, bu işlərdə federasiyaların rolu çox böyükdür. Hazırda federasiyalar maddi-texniki baxımdan kifayət qədər güclü imkanlara malikdirlər”.

Избранный
69
4
azerbaijan-news.az

5Источники