RU

Dözümlü xalqıma heykəl qoyulsun - Söhrab Tahir

Kulis.az Xalq şairi Söhrab Tahirin "Öləndə" adlı şeirini təqdim edir.

Öləndə kəfənim ikiqat olsun,
Mən həm o tayınam, həm də bu tayın.
Qoy bütün dünyaya belə yayılsın,
Öləndən sonra da birlik harayım.

Öləndə kəfənim ikiqat olsun,
Ruhum o taydadır, qəbrim bu tayda.
Dözümlü xalqıma heykəl qoyulsun,
Ortadan qurumuş bir dəli çayda.

Bir gün xalqım üçün şairləşəndə,
Şair torpağıma quylanacağam.
Vətən birləşəndə,
Xalq birləşəndə,
Mən də öz qəbrimdən boylanacağam.

Избранный
18
kulis.az

1Источники