Bakı. Trend:
Cənub qonşumuz olan İran Azərbaycana qarşımünasibətlərində heç vaxt səmimi və dürüst olmayıb. Bu barədəkifayət qədər faktlar söyləmək mümkündür. Martın 5-də İranərazisindən Azərbaycanın Naxçıvan Muxtar Respublikası ərazisinədronlarla xain hücumun edilməsi də İranın Azərbaycana qarşı nankorvə riyakar münasibətinin növbəti göstəricisi oldu. Bu hadisə həm dəİranın Azərbaycana qarşı törətdiyi növbəti terrorhadisəsidir.
Məlum olduğu kimi Azərbaycan Respublikası İranla münasibətlərəhər zaman mehriban qonşuluq prinsiplərindən yanaşmışdır. Azərbaycanikitərəfli əlaqələrə azacıq da olsa kölgə salacaq addım atmamış,yaxın qonşusu olmasına, ortada olan bir çox mənəvi bağlılıqlarabaxmayaraq İranın daxili işlərinə qarışmamış, bu qonşu ölkədəəmin-amanlığın olmasını arzulamışdır. Ölkəmiz habelə beynəlxalqmüstəvidə İranın milli maraqlarına zidd olan təşəbbüslərə və siyasiqarşıdurmalara qoşulmamışdır. Çünki İranda hər hansı xoşagəlməzhadisənin baş verməsi, bu ölkənin hər hansı münaqişəyə cəlbedilməsi, başqa dövlətlə toqquşması Azərbaycanın ümumi geopolitik,siyasi və iqtisadi maraqları ilə uzlaşmır. Azərbaycan istəyir ki,bölgədə sabitlik olsun, o cümlədən İran digər ölkələrlə özmünasibətlərini sülh və əmin-amanlıq şəraitində qursun.
Fevral ayının 28-dən başlanan məlum hadisələrdən sonra daAzərbaycan Xarici İşlər Nazirliyi bəyanat yayaraq tərəflərimaksimum təmkin nümayiş etdirməyə, gərginliyi daha da artıracaqhərəkətlərdən çəkinməyə və danışıqlar masasına qayıtmağaçağırmışdır.
Martın 1-də Azərbaycan və İranın xarici işlər nazirlərinintelefon danışığında İranda hərbi əməliyyatlar və bölgədə hərbieskalasiya nəticəsində yaranmış vəziyyət müzakirə olunmuş, hərhansı bir ölkə tərəfindən Azərbaycan ərazisinin İrana qarşıistifadə edilməsinin mümkün olmadığı vurğulanmışdır.
Prezident İlham Əliyev martın 1-də İran Prezidenti MəsudPezeşkiana məktubunda Ayətullah Seyid Əli Xameneinin faciəvi vəfatıilə əlaqədar başsağlığı vermişdir. Həmçinin Prezident İlham Əliyevmartın 4-də İranın ölkəmizdəki səfirliyində olmuş, Xameneinin vəbir çox mülki şəxsin həlak olması ilə əlaqədar başsağlığıvermişdir. Prezident İlham Əliyevdən başqa heç kim İran səfirliyinəgedib başsağlığı verməmişdir.
Bütün bunlara rəğmən Naxçıvana dronlarla edilən hücum İrandövlətinin Azərbaycana qarşı münasibətdə yenə də riyakar mövqedənçıxış etdiyini göstərir. İranın Naxçıvan ərazisinə terrorçu hücumuilə bağlı Prezidenti İlham Əliyevin sədrliyi ilə martın 5-dəkeçirilən Təhlükəsizlik Şurasının iclasında dövlətimizin başçısınınqeyd etdiyi kimi bunu qiymətləndirməmək, bunu yerə vurmaq, özlərinialçaq, nankorlar kimi aparmaq heç kimə şərəf gətirmir. Azərbaycanərazisinin İrana qarşı istifadə edilmədiyi halda cənub qonşumuzunbu hərəkəti naxələflikdən başqa bir şey deyildir.
İranın hədəfinin məhz mülki infrastruktur olması isə onunterrorçu simasını ortaya qoyur. Təhlükəsizlik Şurasının iclasındaPrezident İlham Əliyev bu hadisənin Azərbaycan dövlətinə qarşıterror aktı olduğunu bildirmişdir:
"Bu gün İran tərəfindən Azərbaycan ərazisinə qarşı,Azərbaycan dövlətinə qarşı terror aktı törədilmişdir. NaxçıvanMuxtar Respublikasının ərazisini İran dövləti pilotsuz uçuşaparatları ilə atəş altına salmışdır. Atəşin hədəfləri mülkiobyektlər idi. Naxçıvan Beynəlxalq Hava Limanı, onun terminalbinası, məktəb və digər istiqamətlər İran tərəfindən namərd atəşəməruz qalmışdır. Azərbaycan dövləti bu çirkin terror aktınıqətiyyətlə pisləyir, bunu törədənlər dərhal məsuliyyətə cəlbedilməlidir. Azərbaycan tərəfinə İran rəsmiləri tərəfindən izahatverilməlidir, üzr istənilməlidir və bu terror aktını törədənlərcinayət məsuliyyətinə cəlb edilməlidir".
İran dövləti bundan əvvəl də Azərbaycana qarşı bu cür çirkin vəterrorçu hərəkətlərə yol vermişdir. Azərbaycan dövlətinin Vətənmüharibəsindəki qələbəsini, torpaqlarını işğaldan azad etməsinihəzm edə bilməyən, Araz çayı sahilində hərbi təlimlər keçirərəkAzərbaycanı təhdid edən İranda 2023-cü il yanvar ayının 27-dəAzərbaycan səfirliyinə edilən terrorçu hücum yaxşı xatirimizdədir.Səfirliyin ərazisi toxunulmazdır. Bu mənada 3 il əvvəl Tehrandasəfirliyimizə edilən xain və terrorçu hücumda məqsəd, eləAzərbaycana qarşı terror törətmək idi.
Lakin İrandan fərqli olaraq Azərbaycan Respublikası qonşularınaqarşı heç vaxt riyakar və qərəzli mövqe tutmamışdır. Əksinədövlətimiz həmişə dar gündə qonşularına köməkliklər göstərmişdir.Respublikamız İrana da humanitar yardım göndərməyi planlaşdırırdı.Təhlükəsizlik Şurasının iclasında Prezident İlham Əliyev bir faktıda diqqətə çatdırdı ki, İranın xarici işlər nazirinin müaviniBakıya zəng edərək İran səfirliyinin Livanda qalmış əməkdaşlarınıntəxliyəsi üçün kömək istəyib. Prezident İlham Əliyevə məruzəedildikdən sonra dövlətimizin başçısı köməklik göstərilməsi barədədərhal göstəriş verib. Lakin bütün bunların müqabilində İranAzərbaycana qarşı namərdlik etdi.
"Mən dərhal göstəriş verdim ki, kömək göstərin, təyyarəgöndərin. Hətta onlar dedilər ki, biz bunun pulunu da verməyəhazırıq. Dedim ki, lazım deyil, indi dar gündə biz köməkgöstərməsək, bəs nə vaxt kömək göstərməliyik? Bütün bunlarınmüqabilində çirkincə, namərdcə, nakişi kimi Naxçıvana zərbəendirmək?! Bu ləkə onların çirkin və eybəcər simasından heç vaxtsilinməyəcək", - deyə Prezident İlham Əliyev bildirib.
İranın Naxçıvan ərazisində mülki obyekti, mülki vətəndaşlarınistifadə etdiyi hava limanını hədəf götürməsi İranın nankorluğu,nanəcibliyi, dinc sakinlərə və mülki infrastruktura qarşı həyatakeçirdiyi terrordur. Bütün bunlara görə məsuliyyət tam şəkildəİranın üzərinə düşür. Əlbəttə Azərbaycan məsələni cavabsızqoymayacaq və respublikamız müvafiq cavab tədbirləri görməkhüququnu özündə saxlayır və bu hücum aktları cavabsız qalmayacaq.Prezident İlham Əliyevin qeyd etdiyi kimi, bu şərəfsizlər, bizəqarşı bu terror aktını törədənlər peşman olacaqlar.
Xanlar Fətiyev
Milli Məclisin deputatı