Yaxın Şərqdəki müharibəni yalnız onu başladan şəxs dayandıra bilər.
Musavat.com-un məlumatına görə, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bunu “Vesti”yə müsahibəsində deyib.
Kreml sözçüsü İran ətrafında baş verənlər və müharibə alovunun genişlənməsi təhlükəsi ilə bağlı bunları söyləyib: “Biz bu müharibəni dayandırmağa qadirikmi? Xeyr, biz deyilik. Yalnız onu başlayanlar dayandıra bilər, bizim fikrimizcə, bunu etməlidirlər”.
Musavat.com