ain.az, Azertag portalına istinadən məlumat verir.
Bakı, 5 mart, AZƏRTAC
"Bulgaria Air" aviaşirkəti Yaxın Şərqdəki fövqəladə vəziyyət və İsrail hava limanı rəhbərliyinin bildirişi səbəbindən bütün Təl-Əviv uçuşlarını martın 9-dək dayandırıb.
AZƏRTAC Bolqarıstanın “BTA” informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə aviaşirkətin mətbuat xidməti bəyanat yayıb. Bildirilib ki, artıq bilet almış sərnişinlər tam geri ödəmə və ya biletlərini bir il ərzində başqa tarix üçün pulsuz dəyişmək imkanına malikdirlər.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.