RU

Müasir Azərbaycan ingilis ədəbi əlaqələri elmi seminar

ain.az bildirir, Azertag saytına əsaslanaraq.

Bakı, 5 mart, AZƏRTAC

Bakı Dövlət Universitetinin (BDU) Filologiya fakültəsinin təşkilatçılığı ilə 27 Mart - Azərbaycanda Elm Gününə həsr olunmuş tədbirlər çərçivəsində “Müasir Azərbaycan-ingilis ədəbi əlaqələri” mövzusunda elmi seminar keçirilib.

Universitetdən AZƏRTAC-a bildirilib ki, seminarda Azərbaycan Dillər Universitetinin professoru, filologiya elmləri doktoru Şahin Xəlili məruzə edib.

Professor qeyd edib ki, XVIII əsrdən başlayaraq Azərbaycan ilə ingilisdilli ölkələr arasında formalaşan ədəbi münasibətlər yalnız təsadüfi əlaqələr deyil, uzunmüddətli mədəni və estetik qarşılıqlı təsirin nəticəsidir. Bu əlaqələrin bütün inkişaf mərhələlərinin tam və hərtərəfli şəkildə araşdırılması üçün yalnız ayrı-ayrı faktların deyil, bütöv tarixi-ictimai proseslərin nəzərə alınması vacibdir. Azərbaycan–ingilis ədəbi münasibətləri əsasən folklor paralelləri, epos və dastan ənənələri, eləcə də klassik mətnlərin tərcüməsi və qavranılması müstəvisində formalaşıb. Xüsusilə “Kitabi-Dədə Qorqud” və “Koroğlu” dastanlarının ingilis dilinə tərcümələri bu əlaqələrin mühüm mərhələsi kimi dəyərləndirib.

Məruzəçi müasir ingilis şairlərinin yaradıcılığına da toxunaraq vurğulayıb ki, onların şeirlərinin Azərbaycan dilinə tərcüməsi iki xalq arasında ədəbi əlaqələrin inkişafında mühüm rol oynayır. Bu tərcümələr vasitəsilə müasir ingilis poeziyasına xas estetik düşüncə, fəlsəfi yanaşma və dünyagörüşü Azərbaycan oxucusuna çatdırılır. Alimin fikrincə, müasir poeziya müstəvisində aparılan bu cür tərcümə fəaliyyəti Azərbaycan-ingilis ədəbi əlaqələrini yeni mərhələyə yüksəldir.

Şahin Xəlilli bildirib ki, Avropa ölkələri, o cümlədən Böyük Britaniya ilə Azərbaycan arasında yaranmış ədəbi əlaqələr təkcə bədii mətnlərin ötürülməsi ilə məhdudlaşmır, həm də mədəni düşüncə, estetik baxış və ideya mübadiləsi səviyyəsində özünü göstərir. Bu baxımdan, Azərbaycan–ingilis ədəbi əlaqələri milli ədəbiyyatın dünya ədəbiyyatı kontekstində öyrənilməsi üçün mühüm elmi baza yaradır.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
17
azertag.az

1Источники