RU

Kral Çarlz qəhvəsinə gözlənilməz məhsul əlavə edir: bu nədir?

Lent az saytından verilən məlumata görə, ain.az xəbər verir.

Böyük Britaniyanın kral ailəsi ilə bağlı maraqlı bir detal ictimaiyyətə açıqlanıb. Kralın keçmiş saray xidmətçisi Qrant Harrold III Çarlzın qəhvə içmə vərdişindən danışıb.

2004-2011-ci illərdə kral ailəsində çalışan Harrold bildirib ki, III Çarlz qəhvəyə şəkər qatmağı sevmir. Onun sözlərinə görə, monarx qəhvəsini şirinləşdirmək üçün fərqli üsuldan istifadə edir.

Lent.az xarici mediaya istinadla xəbər verir ki, kral qəhvəsinə şəkər əvəzinə bir qaşıq bal əlavə etməyi üstün tutur.

Keçmiş saray əməkdaşı həmçinin qeyd edib ki, kral ailəsində qəhvəni ən çox sevənlərdən biri kraliça Kamilladır. Onun sözlərinə görə, kralın oğulları, şahzadələr Uilyam və Harri də qəhvə həvəskarlarıdır.

“Kraliça Kamilla qəhvə içməyi sevir, Uilyam və Harri də tez-tez qəhvə içirlər”, -  Harrold bildirib.

Bununla yanaşı Qrant Harrold kral III Çarlz gündə təxminən dörd fincan çay içir.

Çayın isə mütləq ənənəvi fincan və nəlbəki ilə təqdim olunmasına üstünlük verir. Kral daha güclü dadı olan ənənəvi çay yarpaqlarından hazırlanmış çayı da seçir.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
16
lent.az

1Источники