Daş qayaya rast gəlib...
Aleksey Kaşukun "Qarabağ"dakı aşağı performansı adama yuxarıdakı məsəli xatırladır.
Bilirik ki, Qurban Qurbanov əcnəbilərin "Qarabağ"da parlamasının memarıdır.
Ucuz qiymətə, aşağı liqalardan gətirilən gəlmələr məhz təcrübəli mütəxəssisin əlinin altında "bişib".
Riçard Almeydadan Kamilo Durana kimi uzanan geniş siyahı var.
Təbi ki, adıçəkilənlərin formasının pikinə Ağdam klubunda qalxması təsadüfi deyil.
Burada Qurbanovun əməyi, qurduğu sistem açar rolunu oynayıb.
Amma bəzən Qurbanovun da gücünün yetmədiyi, aciz qaldığı durumlar az deyil.
Məsələn, Kaşuk kimi...
Ukraynalının istedadına söz ola bilməz.
Hər kəs "Sabah"da buna necə lazımdır şahidlik edib.
"Köhlən atlar" da onu böyük ümidlərlə heyətinə cəlb etmişdi.
Amma olmadı.
Vinger heç cür "Qarabağ"da özünə yer edə bilmədi.
Gözlənilən Kaşukun kölgəsində qaldı.
Qurban Qurbanov kimi mütəxəssis də onu geri qaytara bilmədi.
XANOĞLAN / SPORTİNFO.AZ