RU

İcra başçısı Seymur Orucov növbəti səyyar qəbullarını keçirdi - FOTOLAR

Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov müvafiq qrafikə uyğun olaraq Qaçaq Kərəm və Böyük Kəsik kəndlərində vətəndaşların növbəti səyyar qəbullarını keçirib.

"Unikal" xəbər verir ki, səyyar qəbullarda yerli hüquq-mühafizə strukturlarının rəhbər şəxsləri, aidiyyəti təşkilatların səlahiyyətli nümayəndələri və yerli sakinlər iştirak ediblər.

RİH ölkə rəhbərliyinin müvafiq tapşırıq və tövsiyələrinə əsasən yerlərdə sakinlərlə keçirilən görüşlər və səyyar qəbulların əhəmiyyətindən söz açaraq bildirib ki, başlıca məqsəd əhalini narahat edən məsələləri daha ətraflı araşdıraraq operativ həllinə nail olmaq və vətəndaş məmnunluğunun təmin olunmasından ibarətdir. 

Vətəndaşlar tərəfindən qaldırılan müxtəlif məzmunlu məsələlərin qanunvericiliyin tələblərinə uyğun həll edilməsi, eləcə də yerli icra hakimiyyətinin səlahiyyətlərinə aid olmayan müraciətlərin aidiyyəti qurumlara çatdırılması istiqamətində məsul şəxslərə nəzarət qaydasında tapşırıqlar verilib.

Избранный
18
unikal.az

1Источники