RU

Rusiya hərbçilərinin xatirəsini təhqir edən Arsen Markaryana hökm oxundu VİDEO

ain.az, Oxu.az saytına istinadən bildirir.

Moskva şəhər məhkəməsi Rusiya hərbçilərinin xatirəsini təhqir etməkdə təqsirli bilinən erməniəsilli bloqer Arsen Markaryanı 4 il 6 ay müddətinə azadlıqdan məhrum edib.

Oxu.Az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Yekun çıxışI zamanı prokuror Markaryana 6 il 10 ay həbs cəzası istəyib. Bloqer günahını tam etiraf edib və peşman olduğunu bildirib.

Qeyd edək ki, bloqer ötən ilin avqustun 23-də Moskva vilayətində saxlanılıb. Avqustun 25-də Moskvanın Taqanski Rayon Məhkəməsi Markaryanı hərbçilərin xatirəsini təhqir etdiyi üçün həbs edib.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
33
1
oxu.az

2Источники