RU

Müharibə avtomobil bazarına da təsir edibVİDEO

Yaxın Şərqdə gərginləşən siyasi və hərbi vəziyyət avtomobil bazarına da təsir edib.

Xezerxeber.az-ın məlumatına görə, Azərbaycana ixdal olunan avtomobillərdə Birləşmiş Ərəb Əmirlikləri, xüsusilə də Dubay şəhəri müəyyən qədər rol oynayır.

Lakin regionda baş verən son hadisələr daşıma prosesini  çətinləşdirib. Bu isə birbaşa xərclərə təsir edən amildir.

Ekspertlər bildirirlər ki, nəqliyyat zəncirindəki qırılmalar qiymət artımını sürətləndirə bilər.

Yəni alternativ bazarların olması qiymət manipulyasiyasının qarşısını alır. Azərbaycan istehlakçısı üçün seçim imkanı genişdir. Əgər bir istiqamət əlverişsiz olursa, bazar dərhal yeni marşrutlara və ya istehsalçı ölkələrə yönəlir.

Beləliklə, Dubaydan gətirilən avtomobillərin logistika xərcləri artsa da, bu, bazarda kəskin bahalaşma yaratmaya bilər. Bu halda alıcıların daha sərfəli alternativlərə - Amerika və Çin bazarlarından gətirilən avtomobillərə yönələcəyi gözlənilir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Избранный
118
4
xezerxeber.az

5Источники