RU

Tələbə qız binanın 5-ci mərtəbəsindən yıxılıbVİDEO

Mingəçevirdə 19 yaşlı tələbə qız beşmərtəbəli binanın 5-ci mərtəbəsinin eyvanından yerə yıxılıb.

Xezerxeber.az-ın məlumatına görə, hadisə şəhərin Energetiklər yaşayış massivində, Cəmil Əliyev küçəsi 14 ünvanında qeydə alınıb.

Məlumata görə, 19 yaşlı Nailə Əkbərova hadisə baş verən binada kirayədə yaşayıb. Tovuz rayon sakini olan qız Mingəçevir Tibb Kollecinin birinci kurs tələbəsidir.

Ağır bədən xəsarətləri alan tələbə Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb. Onun vəziyyətinin ağır olduğu bildirilir.

Hadisənin başvermə səbəbləri araşdırılır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Избранный
95
xezerxeber.az

1Источники