RU

Ceyhun Bayramov israilli həmkarı ilə danışdı - YENİLƏNİB

Yazını böyüt
Yazını kiçilt

Martın 5-də İsrail Dövlətinin xarici işlər naziri Gideon Sa’ar Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramova zəng vurub.

Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən hafta.az-a bildirilib ki, telefon danışığı zamanı regionda artan təhlükəsizlik riskləri, xüsusilə hərbi gərginlik və bunun regional sabitliyə təsirləri ətrafında fikir mübadiləsi aparılıb.

Ceyhun Bayramov martın 5-də İran İslam Respublikası tərəfindən Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikası ərazisinə qarşı dron hücumları barədə həmkarına məlumat verib. Bu addımın ölkəmizin suverenliyinə və beynəlxalq hüququn norma və prinsiplərinə zidd olduğu diqqətə çatdırılıb.

İsrail tərəfi bu hücumu pisləyib, onun qəbuledilməz olduğunu qeyd edib və ölkəmizlə həmrəy olduğunu bildirib.

*** 18:21

Azərbaycan və İsrail XİN rəhbərlərinin telefon danışığı olub.

Hafta.az xəbər verir ki, bu barədə İsrail XİN rəhbəri Gideon Saar “X”də bildirib.

“İranın Azərbaycana qarşı açıq və qəsdən təcavüzü. Ona və regiondakı digər ölkələrə qarşı bu təcavüz tamamilə qəbuledilməzdir.

İsrail məqsədinə çatana qədər hərbi əməliyyatı davam etdirməkdə qərarlıdır”, - o qeyd edib.

Избранный
30
8
hafta.az

8Источники