Bu gün futbol üzrə Azərbaycan Kubokunda 2025/2026-cı illər mövsümünün 1/4 final mərhələsinin cavab oyunlarına yekun vurulub.
Arena.az xəbər verir ki, mərhələnin sonuncu görüşü “Qəbələ” ilə “Sabah” arasında keçirilib.
Qəbələ şəhər stadionunda baş tutmuş görüşün baş hakimi Rəvan Həmzəzadə olub. Tərəflər ilk oyundan qolsuz bərabərliklə ayrılmışdılar. Cavab görüşündə də qapılara 6 qol vurulmasına baxmayaraq, qalib müəyyənləşməyib. Bu üzdən də sonuncu yarımfinalçı penaltilər seriyasında bəlli olub. 11 metrlik zərbələri daha dəqiq yerinə yetirmiş “Sabah” yarımfinala yüksəlib.
Xatırladaq ki, Azərbaycan Kubokunda daha öncə “Zirə”, “Qarabağ” və “Turan Tovuz” komandaları da yarımfinala yüksəlmişdilər.
Beləliklə, finala vəsiqə uğrunda “Turan Tovuz” “Zirə”ni, “Qarabağ” isə “Sabah”ı sınağa çəkəcək.
Azərbaycan Kuboku
1/4 final mərhələsinin cavab oyunları
5 mart
“Qəbələ” – “Sabah” 3:3 (penaltilər 2:4)
Qollar: İsmael Akinade, 88; 90. Nuğay Rəşidov, 114 – Timoteuş Puxaç, 31; 62. Coy Lens Mikels, 105.
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Şirmamed Mamedov, Əli Əliyev.
VAR: Kamal Umudlu.
AVAR: Elvin Bayramov.
Hakim-inspektor: Asim Xudiyev.
AFFA nümayəndəsi: Yavər Rəhimov.
Qəbələ şəhər stadionu.
Qəbələ: 1. Səlahət Ağayev, 28. Murad Musayev (k), 7. Turan Manafov, 13. Nicat Əliyev, 10. Şahin Şahniyarov, 24. İsmael Akinade, 33. Seydina Keyta, 50. Adriel Ba Lua, 6. Xayme Syerra, 16. İsaak Amoa, 30. Prins Ovusu.
Ehtiyat oyunçular: 93. Rza Cəfərov, 94. Həbib Hüşənov, 11. Asif Məmmədov, 22. Fərid İsgəndərov, 74. Süleyman Damadayev, 66. Nuğay Rəşidov, 27. Eşqin Əhmədov, 21. Ziya Şəkərxanov, 12. İbrahim Sanqare, 3. Eduardo Kunde, 14. Domi Massumu, 70. Paulo Kimbila.
Baş məşqçi: Kaxaber Sxadadze.
Sabah: 92. Stas Pokatilov (k), 6. Abdulla Xaybullayev, 21. Velko Simiç, 40. İqor Noqeyra, 80. Akim Zedadka, 3. Stiv Solvet, 70. Jesse Sekidika, 27. Timoteuş Puxaç, 13. İvan Lepinitsa, 11. Kahim Parris, 83. Stefan Ende.
Ehtiyat oyunçular: 55. Nicat Mehbalıyev, 94. Rəvan Mirzəmmədov, 17. Tellur Mütəllimov, 10. Aleksey İsayev, 2. Amin Seydiyev, 5. Rəhman Daşdəmirov, 89. Cəfər Muxtarov, 20. Coy Lens Mikels, 22. Zinedin Uld Xaled, 7. Umarali Rahmonaliyev, 53. Andrey Santos, 19. Aaron Maluda.
Baş məşqçi: Valdas Dambrauskas.
