RU

Mənzillərə oğurluq məqsədilə daxil olmağa cəhd edən şəxs saxlanılıb

Bakı. Trend:

Paytaxtın Nərimanov, Nəsimi və Yasamal rayonlarında yaşayışbinalarında mənzillərin qapılarını yoxlayan və boş evlərə oğurluqniyyəti ilə daxil olmağa cəhdlər barədə polisə məlumat daxilolub.

Trend xəbər verirki, bu barədə DİN Mətbuat Xidməti məlumat yayıb.

Polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə əməlitörətməkdə şübhəli bilinən 41 yaşlı M.Xurşudov saxlanılıb.

Araşdırmalarla müəyyən edilib ki, həmin şəxs binalarda açıq qapıaşkar etdikdə evlərə daxil olaraq oğurluq etməyi planlaşdırıb.

Şübhəli şəxsin digər bir nəfərlə mənzillərin qapılarınıyoxladığı, oğurluq niyyəti ilə etdiyi hərəkətlər, həmçinin onlarınmənzillərin giriş qapılarının fotoşəkillərini çəkmələritəhlükəsizlik kameraları vasitəsilə də lentə alınıb. NərimanovRPİ-də şübhəli şəxslə bağlı hüquqi məsuliyyət tədbirləri davametdirilir. M.Xurşudovun digər analoji əməllərdə iştirakedib-etmədiyi yoxlanılır.

Vətəndaşlara müraciət edərək bir daha tövsiyə edirik ki,mənzillərin giriş qapılarını açıq saxlamasınlar, yaşayışbinalarının girişlərinə və bloklara naməlum şəxslərin daxilolmasına diqqət yetirsinlər, şəxsi əmlakın təhlükəsizliyinə ciddiyanaşsınlar. Şübhəli hallarla qarşılaşdıqda isə dərhal polisəməlumat versinlər.

Избранный
50
23
az.trend.az

10Источники