RU

Mateus Mane üçün İngiltərə Portuqaliya savaşı

Fanat saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

“Vulverhempton”un hücumçusu Mateus Mane milli seçimlə bağlı çətin qərar ərəfəsindədir.

Fanat.Az xəbər verir ki, gənc futbolçu uğrunda İngiltərə və Portuqaliya federasiyaları arasında ciddi mübarizə gedir.

Portuqaliyada dünyaya gələn Mateus Mane daha əvvəl İngiltərənin U-18 millisində çıxış edib. Buna baxmayaraq, Portuqaliya yığmasının baş məşqçisi Roberto Martines onu əsas komandaya cəlb etmək niyyətindədir.

Martines futbolçunun Premyer Liqadakı sıçrayış mövsümündən sonra onu milliyə qazandırmaq istəyir. Bildirilir ki, mütəxəssis “Vulverhempton”un texniki direktoru Mett Ceksonla əvvəl “Uiqan”da birlikdə çalışıb və bu əlaqə Portuqaliyanın prosesdə aktiv rol oynamasına şərait yaradır.

Yekun qərarın yaxın aylarda veriləcəyi gözlənilir.

Abunə Ol

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
91
1
fanat.az

2Источники