RU

Türk Dövlətləri Təşkilatı Naxçıvana İranın hücumunu PİSLƏDİ

Redaktor.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Kubanıçbek Ömüraliyev Azərbaycanın Naxçıvan Muxtar Respublikasında mülki obyektlərə qarşı həyata keçirilən dron hücumlarını qəti şəkildə pisləyib.

Redaktor.az xəbər verir ki, TDT-nin yaydığı bəyanatda bildirilib ki, hücumlar İran ərazisindən həyata keçirilib və mülki infrastrukturu hədəfə alıb.

Baş katib belə hadisələrin təkrar olunmamasının vacibliyini vurğulayıb və regionda gərginliyin daha da artmasının qarşısını almaq üçün tərəfləri təmkinli olmağa çağırıb.

Bəyanatda həmçinin Türk Dövlətləri Təşkilatının Katibliyinin Azərbaycan hökuməti və qardaş Azərbaycan xalqı ilə tam həmrəylik nümayiş etdirdiyi qeyd olunub.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
62
12
redaktor.az

10Источники