RU

Tehran Hörmüz boğazını bağlamaq niyyətində olmadığını açıqladı

Tehran Hörmüz boğazını bağlamaq niyyətində olmadığını açıqladı

İran hələlik Hörmüz boğazını blokadaya almağı planlaşdırmır, lakin hərbi münaqişənin gedişatından asılı olaraq bütün addımlar nəzərdən keçiriləcək.

AFN.az xəbər verir ki, bunu İslam Respublikasının xarici işlər naziri Abbas Əraqçi "NBC News" telekanalına müsahibəsində bildirib.

Nazir qeyd edib ki, boğaz hazırda rəsmən bağlanmayıb, lakin gəmilər və tankerlər tərəflərin qarşılıqlı zərbələrindən ehtiyat etdikləri üçün bu marşrutdan istifadəyə cəhd göstərmirlər. "Hazırda boğazı bağlamaq niyyətimiz yoxdur, lakin müharibə davam etdikcə bütün ssenariləri dəyərləndirəcəyik", – deyə Əraqçi vurğulayıb.

Xatırladaq ki, Hörmüz boğazı qlobal neft daşımaları üçün ən kritik nöqtələrdən biri hesab olunur və onun bağlanması dünya bazarlarında ciddi böhrana səbəb ola bilər.

Избранный
97
50
afn.az

10Источники