RU

Tramp İranın ardınca Kubanın da çökəcəyini iddia etdi

Tramp İranın ardınca Kubanın da çökəcəyini iddia etdi

ABŞ Prezidenti Donald Tramp İran rəhbərliyinin təslim olacağını qeyd edərək, daha sonra Kubanın da çökəcəyini irəli sürüb.

AFN.az xəbər verir ki, Amerikanın "Politico" jurnalına telefon vasitəsilə müsahibə verən ABŞ Prezidenti İrandakı son vəziyyəti dəyərləndirib və Kuba ilə bağlı fikirlərini bölüşüb.

İrana qarşı həyata keçirilən hücumların uğurlu olduğunu iddia edən Tramp, İran hakimiyyətinin təslim olacağı qənaətinə gəldikdən sonra "Kuba da çökəcək" deyə bildirib. Tramp ABŞ-ın Kubada hakimiyyəti devirmək kimi bir planının olub-olmaması ilə bağlı suala cavabında bu məsələnin uzun illərdir gündəmdə olduğunu, hazırda isə iqtisadi sıxıntılar içində olan ölkənin çətin vəziyyətdə qaldığını qeyd edib.

O, həmçinin Venesuela ilə münasibətlərin yaxşı olduğunu və Delsi Rodriqezin mükəmməl işlər gördüyünü vurğulayıb. ABŞ-ın Kubanın kommunist rəhbərliyi ilə təmasda olduğunu qeyd edən Tramp, adanın yardıma ehtiyacı olduğunu və hazırda rəsmi Havana ilə danışıqlar apardıqlarını diqqətə çatdırıb.

Избранный
76
afn.az

1Источники