RU

Kubanıçbek Ömüralıyev: TDT Azərbaycan Hökuməti və xalqı ilə tam həmrəyliyini bir daha vurğulayır

İstanbul, 6 mart, AZƏRTAC

Türk Dövlətləri Təşkilatı (TDT) İran İslam Respublikasının pilotsuz uçuş aparatları (PUA) vasitəsilə Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikasının mülki infrastruktur obyektlərinə hücumu ilə bağlı bəyanat yayıb.

AZƏRTAC xəbər verir ki, TDT-nin Baş katibi Kubanıçbek Ömüralıyevin imzası ilə yayımlanan bəyanatda bu hücumların kəskin şəkildə qınanıldığı bildirilir.

Baş katib bu cür hərəkətlərin təkrarlanmasının qarşısının alınmasının vacibliyini vurğulayaraq, regional vəziyyətin daha da pisləşməsinin və bölgədə gərginliyin artması ehtimalının qarşısını almaq məqsədilə təmkinli olmağa çağırır.

Ömüralıyev həmçinin, TDT Katibliyinin Azərbaycan Respublikasının Hökuməti və qardaş Azərbaycan xalqı ilə tam həmrəyliyini bir daha vurğulayıb.

Günel Karatepe

AZƏRTAC-ın xüsusi müxbiri

İstanbul

Избранный
43
azertag.az

1Источники