RU

Qəhrəmanlıq tariximizinşanlı səhifələri... Düşmənə qarşı 949 il sonra təkrar olunan qətiyyətli mövqe (1071 və 2020-ci illər)



Alp Aslanın elçisinın Bizans imperatoru Roman Diogenə cavabı:"Atların Həmədandaqışlayar, sənə gəlincə bu, hələlik məlumdeyil".

Azərbaycan Prezidenti İlham Əliyev: “Deyirdilər ki, onların tankları Bakıküçələrində olacq. Deyirdilər ki, onlar Bakıda çayiçəcəklər...Onlarıntankları bu gün Hərbi Qənimətlər Parkında nümayişetdirilir. Erməni hərbi cinayətkarları... istintaq təcridxanasında Azərbaycan çayını içirlər”

XI əsrin ortalarında Yaxın və Orta Şərq tarixində mühüm dönüş dövrü başlandı. Orta Asiyadan Aralıq dənizi sahillərinə və Dərbənd keçidindən İran körfəzinə qədər geniş əraziləri əhatə edən Böyük Səlcuq imperatorluğu yarandı. Azərbaycan növbəti oğuz-türk dövlətinin - Səlcuq imperatorluğunun tərkibinə daxil edildi.

Səlcuq dövrü Azərbaycanın tarixi müqəddəratında həlle­dici rol oynadı. Səlcuq Sultanı Alp Arslan (1063-1072)Bizansla döyüşə başlamazdan əvvəl onların sarayına elçilər göndərərək sülh təklif etdi. Lakin Bizans imperatoru Roman Diogen onlara cavabında: “İsfahanmı, yoxsa Həmədanmı yaxşıdır? Mən İsfahanda, atlarım isə Həmədanda qışlayacaq”. Türk elçisi isə cavabında: “Atların Həmədanda qışlayar, sənə gəlincə bu, hələlik məlum deyil”.

Sultan Alp Arslanın Məlazgird vuruşma­sında (26 avqust 1071-ci il) Bizans imperiyasının hərbi qüvvələrini darmadağın etməsilə türk-islam birliyi Azərbaycanı ələ keçirməyə çalışan xristian bloku (Bizans imperiyası, erməni və gürcü feodalları) üzərində qəti qələbə çaldı. Bizans imperiya­sının Cənubi Qafqazda möhkəmlənmək siyasəti və bu xristian dövlətinə arxalanaraq Azərbaycanın qərb torpaqlarını ələ keçir­məyə çalışan erməni və gürcü feodallarının qəsbkarlıq planları puça çıxdı. Beləliklə, Cənubi Qafqazı bütünlüklə xristianlığın təsir dairəsinə salmaq planı baş tutmadı. Vəziyyətin ağırlığını görən imperator geri çəkilmək əmri verdi.Məlazgird vuruşma­sında yaralanmış bizansimperatoru türk sərkərdələri tərəfindən əsir götürüldü. Alp Arslan böyük mərdlik göstərərək Bizans imperatorunu bağışladı və onunla sülh müqaviləsi bağladı. Sülhün şərtlərinə əsasən Bizans hər il səlcuqlara vergi ödəməli və Şərqi Anadolunu türk torpağı kimi qəbul etməli oldu.

Dünya tarixində Malazgird döyüşü mühüm dönüş nöqtəsi hesab edilir.

Səlcuq Sultanı Alp Aslanın Məlazgird döyüşündəki mövqeyi ilə, Azərbaycan Respublikası Prezidenti, Ali Baş komandan İlham Əliyevin 44 günlük (27 sentyabr-10 noyabr 2020-ci il) Vətən müharibəsindəki qətiyyətli mövqeyində oxşarlıq özünü büruzə verir. Hər iki komandanın hərb siyasətində varislik siyasəti özünü açıq aydın göstərir. Prezident İlham Əliyev Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş hərbi paradda deyib: “Hətta deyirdilər ki, onlar yeni torpaqlar uğrunda yeni müharibə aparacaqlar və Azərbaycanı tam işğal edəcəklər. Deyirdilər ki, onların tankları Bakı küçələrində olacaq. Deyirdilər ki, onlar Bakıda çay içəcəklər. Əslində, onların bu arzuları həyata keçdi. Onları biz gerçəkləşdirdik. Onların tankları bu gün Hərbi Qənimətlər Parkında nümayiş etdirilir. Erməni hərbi cinayətkarları bu gün Bakıda məhkəmə qarşısında cavab verirlər və istintaq təcridxanasında Azərbaycan çayını içirlər”

Bəli Səlcuq qoşunlarının Məlazgird vuruşma­sından (26 avqust 1071-ci il) darmadağın etdiyiBizans ordusundan qənimət götürülmüş atlar Həmədanda otlamağa başladı, qəhrəman Azərbaycan Ordusunun 44 günlük müharibədəki qələbəsi ilə kapitulasiya aktina imza atmağaməcbur olan Ermənistanıntankları isə bu gün Bakıdaki Hərbi Qənimətlər Parkında nümayiş etdirilir. 949 - il sonra təkrar olunan qətiyyətli qələbə!

MƏHƏRRƏM ZÜLFÜQARLI
t.ü.e.d, professor

Избранный
82
baki-xeber.com

1Источники