RU

“Azneftmaşservis” səhmdarlarına dividend verəcək - YIĞINCAQ

“Azneftmaşservis” Açıq Səhmdar Cəmiyyətinin səhmdarlarının növbəti illik ümumi yığıncağı keçiriləcək.

Yığıncaq 1 may 2026-cı il tarixində saat 09:00-da Bakı şəhəri, Dərnəgül qəsəbəsi, 2096-cı məhəllə, 507-ci küçədə yerləşən cəmiyyətin inzibati binasında baş tutacaq.

Yığıncağın gündəliyinə ASC-nin idarəetmə orqanlarının 2025-ci ilə aid maliyyə-təsərrüfat fəaliyyəti barədə hesabatının təqdim olunması, dividendlərin bölüşdürülməsi, illik hesabatların təsdiqi, idarəetmə orqanlarının seçilməsi və digər məsələlər daxildir.

Səhmdarlar gündəlikdəki məsələlərə aid materiallarla iş günləri ASC-nin rəhbərliyinə müraciət etməklə tanış ola bilərlər. Ümumi yığıncaqda bütün səhmdarların iştirakı vacibdir.

Избранный
106
fed.az

1Источники