RU

Bakı Quba yolunda yük maşınının vurduğu şəxs ölüb

Baku.ws saytından alınan məlumata görə, ain.az bildirir.

Bakı-Quba yolunda ölümlə nəticələnən ağır qəza baş verib.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, hadisə yolun Saray postu istiqamətindən keçən hissəsində qeydə alınıb.

İlkin məlumata görə, "KamAZ" markalı yük maşını avtomobilindən düşüb telefonla danışan sürücünü vurub. O, zərbənin təsirindən aldığı ağır xəsarətlərdən hadisə yerindəcə həyatını itirib.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Qəzanın baş vermə səbəbləri müəyyənləşdirilir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
97
3
baku.ws

5Источники