RU

“Dəmir yumruq” yerindədir” – DEPUTATDAN İRANA XƏBƏRDARLIQ

“İran molla rejiminin Azərbaycana qarşı nankor və riyakar hərəkətləri və eləcə də davranışları mütəmadi olaraq müşahidə olunur. Baxmayaraq ki, Azərbaycan hər zaman mehriban qonşuluq siyasətinə üstünlük verib. Dərs vaxtı orta məktəbi hədəfə almağa çalışması İranın terrorçu siyasətini məkrli formada davam etdirməsindən xəbər verir”.

“Yeni Sabah” xəbər verir ki, bu sözləri öz “Facebook” səhifəsində Milli Məclisin deputatı Vüqar Bayramov deyib. O bildirib ki, . Təhdidin haradan gəlməsindən asılı olmayaraq, ölkəmizə düşmənçilik edənlərin başı hər zaman yarılacaq:

“Azərbaycan Prezidenti İlham Əliyevin Təhlükəsizlik Şurasının iclasındakı çıxışında qeyd etdiyi kimi, “Dəmir yumruq” yerindədir. Təhdidin haradan gəlməsindən asılı olmayaraq Azərbaycanın gücünü sınamaq istəyənlərin başı “Dəmir yumruq” vasitəsilə hər zaman yarılacaq. İran da istisina deyil.

Bu terror aktı İranın maskasını bir daha cırdı. Hər mənada”.

Nazim Hacıyev


Telegram kanalımız
Избранный
108
yenisabah.az

1Источники