
ABŞ Prezidenti Donald Tramp İrana quru qoşunlarının göndərilməsinin hazırda nəzərdən keçirilmədiyini bildirib.
Yeniavaz.com xəbər verir ki, o, bu barədə ABŞ-nin NBC telekanalına telefonla müsahibəsi zamanı danışıb.
Tramp bildirib ki, bu məsələni müzakirə etmək hazırda mənasızdır: “Bu, vaxt itkisidir. Onlar hər şeylərini itiriblər. Donanmalarını itiriblər. İtirə biləcəkləri hər şeyi itiriblər”.