RU

Türkiyədən qardaşlıq jesti: Bakı–Naxçıvan uçuşları Iğdır üzərindən həyata keçirilir

Naxçıvan hava limanının müvəqqəti olaraq fəaliyyətini dayandırması səbəbindən Bakı ilə Naxçıvan arasında birbaşa hava əlaqəsi kəsildikdən sonra Türkiyə qardaşlıq jesti edib (İranın xain dron terroru hava limanının fəaliyyətinin dayanmasına səbəb olub).

Musavat.com xəbər verir ki, yaranmış vəziyyətdə sərnişin və yük daşımalarının davam etdirilməsi üçün Ankara tərəfindən alternativ logistika marşrutu təklif olunub.

Məlumata görə, Türkiyə tərəfi Bakıdan Naxçıvana istiqamətlənən təyyarələrin Iğdır hava limanına enməsini və sərnişinlərin buradan xüsusi təşkil olunmuş nəqliyyat vasitələri ilə Naxçıvana çatdırılmasını təklif edib. Bu təklif rəsmi Bakı tərəfindən müsbət qarşılanıb və qısa müddətdə həyata keçirilməyə başlanıb.

Beləliklə, Bakıdan yola düşən təyyarələr hazırda Türkiyənin Iğdır şəhərindəki hava limanına enir. Sərnişinlər və daşınan yüklər burada əvvəlcədən ayrılmış avtobuslar və logistika vasitələri ilə quru yoluyla Naxçıvana çatdırılır. Bu mexanizm sayəsində Naxçıvanın Azərbaycanla nəqliyyat əlaqəsinin tam kəsilməsinin qarşısı alınıb.

Türkiyənin bu addımı iki qardaş ölkə arasında strateji tərəfdaşlığın və qarşılıqlı dəstəyin növbəti nümunəsi kimi qiymətləndirilir. Xüsusilə Naxçıvan kimi blokada şəraitində yerləşən muxtar respublika üçün alternativ nəqliyyat imkanlarının təmin olunması böyük əhəmiyyət daşıyır.

Qeyd edək ki, Bakı ilə Naxçıvan arasında hava əlaqəsi Azərbaycanın əsas daxili nəqliyyat xətlərindən biri hesab olunur və bu marşrut həm sərnişin daşımaları, həm də logistika baxımından xüsusi əhəmiyyət kəsb edir.

Musavat.com

Избранный
58
33
musavat.com

10Источники